FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

Hazırda oxunan: FHN-in əməkdaşı dünya çempionatının qalibi olub
169713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 16-17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinq (WRPF) üzrə dünya çempionatı keçirilib. 

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, çempionatda 29 ölkənin 4000-dən çox idmançısı mübarizə aparıb.

Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov da olub. 
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ümumilikdə 707.5 kq-ın (squat hərəkətində 245 kq - yeni Azərbaycan rekordu, deadlift hərəkətində 292.5 kq - yeni dünya rekordu, bench press hərəkətində isə 170 kq), iki hərəkətin cəmində isə 462,5 kq-ın (bench press + deadlift) öhdəsindən gələrək iki qızıl medala sahib olub. 

Onu da qeyd edək ki, R.Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı beşqat dünya çempionudur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO