Futzal üzrə Avropa çempionatı iki şəhərdə keçiriləcək

Futzal üzrə Avropa çempionatı iki şəhərdə keçiriləcək

Hazırda oxunan: Futzal üzrə Avropa çempionatı iki şəhərdə keçiriləcək
167272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ildə futzal üzrə Avropa çempionatının final mərhələsi iki şəhərdə – Riqa (Latviya) və Kaunasda (Litva) keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək baş tutacaq. 

“Riqa Arena” 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət millilər arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə ev sahibliyi edib. “Kaunas Arena” isə daha mötəbər yarışı qəbul edib. Şəhərin ikinci böyük arenasında DÇ-2021-in final mərhələsinin 22 matçı keçirilib ki, bura açılış və bağlanış matçları da daxildir. 

Qeyd edək ki, final mərhələsində 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələlərdən vəsiqə qazanacaq. Seçmə mərhələnin oyunları 2024-cü ilin aprelindən 2025-ci ilin sentyabrına qədər davam edəcək.
Buna qədər AÇ-nin final mərhələsinə Niderland (2022), Sloveniya (2018), Serbiya (2016), Belçika (2014), Xorvatiya (2012), Macarıstan (2010), Portuqaliya (2007), Çexiya (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniya (1999 və 1996) ev sahibliyi ediblər. Millimiz 2010-cu ildən başlayaraq ardıcıl 6 dəfə AÇ-nin final mərhələsində iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO