Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü – REYTİNQ XALI

Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü – REYTİNQ XALI

Hazırda oxunan: Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü – REYTİNQ XALI

16693

Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.

Bunlardan birinin 1963-cü ildə Bakıda dünyaya gələn, hazırda isə ABŞ-da yaşayan dünya çempionu Harri Kasparov (2 851), digərinin isə 1985-ci ildə Sumqayıtda doğulan Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. 

İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2851 xal toplayaraq, zirvəyə qalxıb. Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib.

Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2 882-yə çatdırıb. O həmçinin 18 yaşında 2 800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.

Bu şahmatçılardan yalnız 5-nin Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

Bundan başqa, 13 nəfərdən 5-i - Karlsen, Kasparov, Vişvanatan Anad (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğnu qazanıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO