Qurban Qurbanov milliyə gedəcəkmi? - VİDEO

Qurban Qurbanov milliyə gedəcəkmi? - VİDEO

Hazırda oxunan: Qurban Qurbanov milliyə gedəcəkmi? - VİDEO

166586

"Yurqorden"in (İsveç) hücumçusu Musa Qurbanlı atası Qurban Qurbanovun adının Azərbaycan millisinin baş məşqçiliyinə namizədlər sırasında hallanması ilə bağlı məsələyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, 21 yaşlı hücumçu "CBC Sport"da yayımlanan "Start" verilişində bununla bağlı sualı cavablandırıb. 

O bildirib ki, Q.Qurbanovla şəxsən təkbətək bu barədə söhbətləri olmayıb:

"Mən ondan soruşmamışam ki, milliyə gedirsən, ya yox. Amma hiss etdiyim, fikirləşdiyim odur ki, açığı, mən onun milliyə baş məşqçi gəlməsini real görmürəm. Yenə də bilmirəm, necə olar..."

M.Qurbanlı millinin gələcək baş məşqçisi olaraq kimi görmək istəməsi barədə danışarkən isə deyib:

"Kim məşqçi olmalıdır? Mən bu suala cavab verə biləcək şəxs deyiləm. Buna futbolçu kimi cavab verə bilərəm ki, səmimi şəkildə mənim üçün kimin məşqçi olmasının fərqi olmayacaq. Yəni heç nə dəyişməyəcək. Öz işimi necə görürdüm, bundan sonra da elə də davam etdirəcəm".
Qeyd edək ki, İsveçdə 2023-cü il mövsümü başa çatdığı üçün Musa Qurbanlı müvəqqəti olaraq Azərbaycana qayıdıb.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO