Boksçularımız Avropa çempionatında MÜBARİZƏ APARACAQ 

Hazırda oxunan: Boksçularımız Avropa çempionatında MÜBARİZƏ APARACAQ 

163778

Noyabrın 12-də Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.  

Bizim.Media xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. 

Kişilərdən ibarət yığmanın məşqçiləri Elbrus Rzayev və Ravşan Xocayev çempionatda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Daniel Xolostenko (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mirxəyal Məmmədov (92 kq) və Aslan Mövsümova (+92 kq) şans verəcək. 
Qadınlardan ibarət komandanın məşqçisi İlkin Ağayev isə 3 boksçumuzu yoxlayacaq. Yarışda təmsilçilərimizdən rinqə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) çıxacaqlar. 

Budvada hakimlər sırasında Elxan Quliyev də yer alacaq. Bu gün Budvaya yollanan yığmamız noyabrın 20-də Bakıya qayıdacaq. 

Qeyd edək ki, çempionatın püşkü noyabrın 11-də atılacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO