Realın türkiyəli ulduzu yenidən ZƏDƏLƏNDİ 

Hazırda oxunan: Realın türkiyəli ulduzu yenidən ZƏDƏLƏNDİ 

163772

Türkiyə millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Arda Gülər yenidən zədələnib. 

Bizim.Media xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Son 3 gündür komandadan ayrı çalışan türkiyəli futbolçu sabah keçiriləcək “Valensiya” matçının hazırlıqları üçün məşqə qatılmayıb. 18 yaşlı yarımmüdafiəçinin sol bud əzələsində zədə aşkarlanıb. 
Qeyd edək ki, Arda Gülər iyulun 7-də “Real”la müqavilə imzalayıb. O, bu mövsüm zədə səbəbindən meydana çıxa bilməyib.  

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO