Premyer Liqa klubları “Araz Naxçıvan”ın qapıçısına MARAQ GÖSTƏRİRLƏR 

Hazırda oxunan: Premyer Liqa klubları “Araz Naxçıvan”ın qapıçısına MARAQ GÖSTƏRİRLƏR 

163751

Moldova millisinin qolkiperi Kristian Avramın "Araz-Naxçıvan"dakı etibarlı oyunu ilə bir neçə klubun maraq dairəsinə düşüb.  

Bizim.Media xəbər verir ki, həmin komandalar arasında Azərbaycan Premyer Liqasının təmsilçiləri də var. 

Həmin komandalardan biri elə onun hazırda qapısını qoruduğu "Araz-Naxçıvan"dır.

Belə ki, uzun illərdən sonra Premyer Liqaya yenidən qayıdan Naxçıvan təmsilçisi moldovalının müqavilə müddətini artırmaq istəyir.  
Digər klublardan da təklif alan Avramın yeni mövsümə hansı komandada başlayacağı qışda bilinəcək. 29 yaşlı qapıçı əvvəllər "Akademiya Kişinyov", "Daçiya", "Dinamo-Avto", "Petrokub", "Buzau" klublarının qapısını qoruyub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO