Dünya Seriyasının final mərhələsinə qatılacaq GÜLƏŞÇİLƏRİMİZ - SİYAHI 

Dünya Seriyasının final mərhələsinə qatılacaq GÜLƏŞÇİLƏRİMİZ - SİYAHI 

Hazırda oxunan: Dünya Seriyasının final mərhələsinə qatılacaq GÜLƏŞÇİLƏRİMİZ - SİYAHI 
159723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində iştirak edəcək Azərbaycan idmançıları bəlli olub. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, məsul yarışda ölkəni Ramiz Həsənov (70 kiloqram), İbrahim Yusubov (90 kiloqram) və Oyan Nəzəriani (+90 kiloqram) təmsil edəcək. 

Oktyabrın 14-də qrup mərhələsinin ilk iki turunun görüşləri keçiriləcək. Oktyabrın 15-də isə əvvəlcə qrup mərhələsinin son turunun qarşılaşmaları, daha sonra 1/4 final və yarımfinal görüşləri baş tutacaq. Günün sonunda isə medallar uğrunda qarşılaşmalar keçiriləcək. 
Qeyd edək ki, yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO