Azərbaycan millisi komanda hesabında dünya çempionu oldu

Azərbaycan millisi komanda hesabında dünya çempionu oldu

Hazırda oxunan: Azərbaycan millisi komanda hesabında dünya çempionu oldu
156813
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb. İki qızıl, üç gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.

Daha öncə Azərbaycanın sərbəst güləş tarixində də belə uğur olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında Azərbaycan yığmaları komanda hesabında ikinci yeri tutub.

Yunan-Roma güləşi üzrə milli həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kiloqram) ilə Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olub. Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanıb. Komanda 67 və 77 kiloqramda Olimpiadaya lisenziya əldə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO