“Səbail” “Qarabağ”ı məğlub etdi - VİDEO

“Səbail” “Qarabağ”ı məğlub etdi - VİDEO

Hazırda oxunan: “Səbail” “Qarabağ”ı məğlub etdi - VİDEO
153481
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son oyununda çempion “Qarabağ” meydana çıxıb.

Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 3-cü dəqiqədə Hamidu Keyta fərqlənib.

Lakin meydan sahibləri fasiləyə qədər vəziyyəti xeyirlərinə dəyişə biliblər. 17-ci dəqiqədə penaltidən “status-kvo”nu bərpa edən Aleksandr Ramalinqom 42-ci dəqiqədə dubla imza atıb.

İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, komandalar əllərinə düşən imkanlardan yararlana bilməyiblər. Nəticədə güclü rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ardıcıl ikinci qalibiyyətini əldə edib. Beş turdan sonra hər iki komandanın hesabında 7 xal var.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”a (3:0), “Neftçi” “Sumqayıt”a (1:0), “Araz-Naxçıvan” “Kəpəz”ə (2:1) səfərdə, “Qəbələ” “Zirə”yə (1:0) evdə qalib gəlib.

Qeyd edək ki, Premyer Liqada VI turun matçları 16-17 sentyabrda tarixlərində keçiriləcək.
 


 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO