Məhəmməd Abdullayev: Final görüşündə iştirak etməyin özü də bir fəxrdir

Məhəmməd Abdullayev: Final görüşündə iştirak etməyin özü də bir fəxrdir

Hazırda oxunan: Məhəmməd Abdullayev: Final görüşündə iştirak etməyin özü də bir fəxrdir

144174

III Avropa Oyunlarında finaladək irəlilədiyim və “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində III Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Məhəmməd Abduallayev (+92 kq) deyib.

Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutan dünya çempionatının mükafatçısı bildirib ki, həlledici görüşdə iştirak etməyin özü də bir fəxrdir. 

“Əlimdən gələni etdim. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim “Paris-2024” Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Zədələrim mənə çox çətinlik yaratdı. Hər döyüşdə zədələrim açılır və qanayırdı. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. ABŞ və digər ölkələrdə təlim-məşq toplanışlarının təşkili nəzərdə tutulur”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO