Güləşçimiz Avropa çempionatının FİNALINDA

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: Güləşçimiz Avropa çempionatının FİNALINDA
143958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub. 

Ruslan Abdullayev (57 kq) bolqarıstanlı Tanyo Tanev (11:0), gürcüstanlı Luka Qvinjiliya (13:2) və türkiyəli Tolqa Özbekə (6:5) qalib gələrək finala yüksəlib. Abdullayev həlledici görüşdə moldovalı Anton Vlasla güləşəcək. 
Ramik Heybətov (65 kq) moldovalı Konstantin Kirilovu (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Andranik Avetisyanla bacarmayıb - 4:10.

Cavidan Əhmədov (70 kq) ermənistanlı Davit Marqaryanla (13:7) polşalı Zəlimxan Mutsuxayevi (10:0) yolundan kənarlaşdırsa da, yarımfinalda türkiyəli İbrahim Yaprakla gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub – 8:8.

Əhmədov bürünc medal uğrunda İvan Stoyanov (Bolqarıstan) - Muhamed Bektemirov (Avstriya) görüşünün qalibini sınağa çəkəcək.

Sadiq Mustafazadə (79 kq) yunanıstanlı Georgios Terzidislə (9:1) polşalı Mateuş Pedziçkini (8:5) məyus edə bilib. Ancaq 1/4 finalda gürcüstanlı Otari Adeişvili keçilməz olub - 2:6.

Mustafazadə təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.

Zəfər Əliyev (97 kq) ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, 1/4 finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabıyla məğlub olub.
Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayevlə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO