Güləşçimiz U-17 Avropa çempionatında ikinci olub

Güləşçimiz U-17 Avropa çempionatında ikinci olub

Hazırda oxunan: Güləşçimiz U-17 Avropa çempionatında ikinci olub
141651
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, güləşçimiz Ruzanna Məmmədova (57 kq) qitə birinciliyinə inamlı start verib.  

Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni məğlub edib. R.Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə qalib gələrək, ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz həlledici görüşdə macarıstanlı Sofi Ritterə uduzub və gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatında 1 qızıl və 5 bürünc medal əldə edib. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO