Atletika millimizin Avropa Oyunları üçün heyəti AÇIQLANDI 

Atletika millimizin Avropa Oyunları üçün heyəti AÇIQLANDI 

Hazırda oxunan: Atletika millimizin Avropa Oyunları üçün heyəti AÇIQLANDI 
140312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Atletika üzrə Azərbaycan milli komandasının bu il Polşada keçiriləcək III Avropa Oyunları üçün heyəti bəlli olub.  

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, yığmanın heyətinə 15 idmançı dəvət edilib.

Yarışda Nazim Babayev, Fəxriyyə Tağızadə (hər ikisiUzunluğa tullanma), Aleksis Kopello, Yekaterina Sarıyeva (hər ikisi üç təkanla tullanma), Anna Skidan (çəkic atma), İsmayıl Əliyev (nüvə itələmə / lövhə atma), Əlhəm Nağıyev (100 m / 200 m / 4x100 m / 4x400 m məsafəyə qaçış), Lamiyə Vəliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), İlahə Quliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), Cavid Məmmədov 400 m / 400 m məsafəyə maneələrlə qaçış / 4x400m), Elman Abışov, Anna Yusupova (hər ikisi 5000 m / 1500 m / 800 m məsafəyə qaçış), Aleksey Əliəkbərov, Əli Abdiyev, Qadir Qurbanov (hamısı 4x100 m məsafəyə estafet qaçışı) qüvvəsini sınayacaq.  
Qeyd edək ki, iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq III Avropa oyunlarında atletika yarışları iyunun 20-dən 25-ə kimi keçiriləcək. Ümumilikdə 37 dəst medal sahiblərini tapacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO