“Bavariya” yenə Almaniya çempionu oldu

“Bavariya” yenə Almaniya çempionu oldu

Hazırda oxunan: “Bavariya” yenə Almaniya çempionu oldu
138324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya Bundesliqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, “Bavariya” son turda səfərdə “Köln”ü məğlub edərək (2:1) çempion olub. Münhenlilərə çempionluğu gətirən qolları Kinqsli Koman və Camal Musiala vurublar.  

Bu tura qədər lider olan “Borussiya”(Dortmund) isə öz meydanında “Maynts”la qollu heç-heçə edib - 2:2. Hər iki komandanın 71 xalı olsa da, daha yaxşı top fərqinə “Bavariya” qızıl medalları qazanıb, “Borussiya” gümüş medallarla kifayətlənib. 
Üçüncü yeri isə “Leyptsiq” tutub. “Union Berlin”” Çempionlar Liqasına sonuncu vəsiqəni əldə edib. “Frayburq” Avropa Liqası, “Bayer”(Leverkuzen) isə Konfrans Liqasına vəsiqə qazanıb.

“Şalke” və “Herta”(Berlin) elita ilə vidalaşıblarsa, “Ştuttqart” Bundesliqada yerini qorumaq üçün pley-off oynayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO