Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək

Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək

Hazırda oxunan: Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək

137158

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, mayın 22-26-da baş tutacaq yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.
Bu gün səfərə yollanan yığma mayın 27-də Bakıya qayıdacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO