Messi ikinci dəfə “Laureus” mükafatına layiq görüldü

Messi ikinci dəfə “Laureus” mükafatına layiq görüldü

Hazırda oxunan: Messi ikinci dəfə “Laureus” mükafatına layiq görüldü

135107

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2023-cü il üçün "Laureus" mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, 35 yaşlı hücumçu karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, 2020-ci ildə mükafatı həmin vaxt “Mercedes”in pilotu olan Luis Hemiltonla bölüşüb.

Messidən başqa, Kilian Mbappe (Fransa, PSJ, futbol), Maks Verstappen (Niderland, Formula 1), Armand Duplantis (İsveç, dayaqla tullanma), Rafael Nadal (İspaniya, tennis) və Stiven Karri (ABŞ, "Qolden Steyt", basketbol) mükafatı əldə ediblər.

Həmçinin bu il Argentina yığması da sözügedən mükafata layiq görülüb.

“Laureus World Sports Awards” hər il idmançılara il ərzində əldə etdikləri nailiyyətlərə görə verilir. Mükafat 1999-cu ildə təsis edilib.
Xatırladaq ki, Messi ötən ilin dekabr ayında Argentina millisi ilə birlikdə dünya çempionu olmuşdu.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO