Hidayət Heydərov yarımfinalda məğlub oldu - Bürünc medal şansı qalıb

Hidayət Heydərov yarımfinalda məğlub oldu - Bürünc medal şansı qalıb

Hazırda oxunan: Hidayət Heydərov yarımfinalda məğlub oldu - Bürünc medal şansı qalıb

135105

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatının yarımfinalında məğlub olub.

Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu italiyalı Manuel Lombardo ilə bacarmayıb.

26 yaşlı cüdoçu ilk üç rəqibini məğlub etsə də, Lombardoya uduzub. Heydərov karyerasında üçüncü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını davam etdirir.
O, üçüncü yer uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO