Dünya çempionumuz mərhələ adladı

Dünya çempionumuz mərhələ adladı

Hazırda oxunan: Dünya çempionumuz mərhələ adladı
135049
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 boksçusu mərhələ adlayıb. 

Bizim.Media xəbər verir ki, mundialın 8-ci günündə yığma üzvlərindən biri 1/8, digəri 1/4 finala yüksəlib.

Boksçumuz Nicat Hüseynov (54 kq) Po-Hao Hsu (Tayvan) ilə döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşma Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. 
Hüseynov 1/8 finalda Yeol Finol Rivasla (Venesuela) ilə üz-üzə gələcək. Görüş mayın 9-da keçiriləcək. 

Dünya çempionumuz Alfonso Dominqes (86 kq) də çıxışını qələbə ilə başa vurub. O, Bill Makallisterə (Avstraliya) 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. 

Dominqesin növbəti döyüşü mayın 10-da olacaq. 

Tural Sarıyevlə (48 kq) Tayfur Əliyev (60 kq) isə 1/8 finalda yarışla vidalaşıblar. Onlar müvafiq olaraq, Vuttiçai Yuraçai (Tailand) və Vsevolod Şumkova (Rusiya) uduzublar. Qeyd edək ki, mundialın 9-cu günündə Hüseynovla yanaşı, daha 2 təmsilçimiz rinqə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Tarxan İdiqovla (Rusiya), Məsud Yusifzadə (51 kq) Patrik Çinyemba (Zambiya) ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO