“Sabah”-“Beşiktaş” oyununun gəlirilə Türkiyədə məktəb tikiləcək

“Sabah”-“Beşiktaş” oyununun gəlirilə Türkiyədə məktəb tikiləcək

Hazırda oxunan: “Sabah”-“Beşiktaş” oyununun gəlirilə Türkiyədə məktəb tikiləcək
134274
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin “Beşiktaş” klubu ilə “Sabah” arasında Bakıda keçiriləcək xeyriyyə matçından əldə ediləcək gəlirlə zəlzələ bölgəsində məktəb tikiləcək.

Bizim.Media “Sabah” nəşrinə istinadən xəbər verir ki, türkiyəlilər mayın 13-də baş tutacaq qarşılaşmadan minimum 9 milyon lirə yığılmasına ümid edirlər.

Bu isə təxminən 800 000 manata yaxın məbləğ edir. Aprelin 12-də İspaniya klubu “Atletiko” ilə keçirilən yoxlama görüşündə 10 milyon lirədən çox qazanc götürən İstanbul təmsilçisi bununla zəlzələdən əziyyət çəkən bölgədə bir məktəb inşa edib.

Türkiyə klubu “Sabah”la qarşılaşmadan əldə ediləcək pulla daha bir məktəb tikdirməyi planlaşdırır. Qardaş ölkədə məktəb inşası üçün təxminən 9 milyon lirə tələb olunur.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyun saat 18:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO