“Barselona” “Sevilya” üzərində vacib qələbə qazandı

“Barselona” “Sevilya” üzərində vacib qələbə qazandı

Hazırda oxunan: “Barselona” “Sevilya” üzərində vacib qələbə qazandı
13294
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 27-də futbol üzrə İspaniya La Liqasının 25-ci turunun mərkəzi qarşılaşması baş tutub.

Bizim.Media xəbər verir ki, turun maraq doğuran görüşü “Ramon Sançes Pisxuan” stadionunda keçirilib.

Cari mövsüm iddialı oyunu ilə diqqət çəkən, dördüncü pillədə qərarlaşan “Sevilya” doğma azarkeşlər önündə üçüncü yerdə olan “Barselona” komandasını qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Usman Dembele komandasını hesabda önə çıxarıb. 

Fasilədən sonra Kataloniya təmsilçisi hesab arasındakı fərqi iki topa çatdırıb. 

Komandanın əsas qol silahı Lionel Messi adını tabloya yazdırıb. Bu argentinalı futbolçunun cari mövsüm vurduğu 19-cu qolu olub.

Bu qələbədən sonra xal ehtiyatını 53-ə çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 48 xalla dördüncü yerdə qalıb. 

“Barselona”nın əzəli rəqibi “Real Madrid” martın 2-də öz meydanında “Real Sosyedad” komandasını qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO