Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi - NƏTİCƏLƏR

Hazırda oxunan: Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi - NƏTİCƏLƏR

13108

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, bununla da qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.

Beləliklə, son olaraq İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Roma", İsveçrənin "Yanq Boyz", Xorvatiyanın "Dinamo" (Zaqreb), Yunanıstanın "Olimpiakos", Çexiyanın "Slaviya" (Praqa) və Ukraynanın "Dinamo" (Kiyev) klubları növbəti mərhələdə iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, Avropa Liqasında 1/8 finalın püşkü bu gün atılacaq.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

24:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:1

Qol: Vitali Buyalski, 83

İlk oyun - 1:1

24:00. PSV (Niderland) - “Olimpiakos" (Yunanıstan) - 2:1

Qollar: Eran Zahavi, 23; 44

İlk oyun - 2:4

24:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 0:2

Qollar: Jordan Sibaço, 48. Kristian Fasnaxt, 86

İlk oyun - 3:4

24:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) - 1:0

Qol: Mislav Orşiç, 31

İlk oyun - 3:2

24:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:1

Qollar: Edin Ceko, 24. Karles Peres, 75. Borxa Mayoral, 90+1 - Brian Kristante, 88 (avtoqol)

İlk oyun - 2:0

24:00. “Lester” (İngiltərə) - “Slaviya” (Çexiya) - 0:2

Qollar: Lukaş Provod, 49. Abdulla Sima, 79

İlk oyun - 0:0

24:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 1:1

Qollar: Frank Kessi, 9 (penalti) - El-Fardu ben Nabuan, 24

İlk oyun - 2:2

24:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 0:0

İlk oyun - 4:0

23:53

UEFA Avropa Liqasının 1/16 final mərhələsində növbəti cavab oyunları keçirilib.

1/8 finala daha 7 vəsiqənin sahibi müəyyənləşib.

Niderlandın "Ayaks", İspaniyanın "Vilyarreal" və "Qranada", Ukraynanın "Şaxtyor" (Donetsk), Norveçin "Molde", Şotlandiyanın "Reyncers" və İngiltərənin "Arsenal" komandaları növbəti mərhələyə adlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO