Premyer Liqada iki qarşılaşma -

Premyer Liqada iki qarşılaşma - "Qarabağ" "Şamaxı"nın, "Qəbələ" "Sabah"ın qonağı olacaq

Hazırda oxunan: Premyer Liqada iki qarşılaşma - "Qarabağ" "Şamaxı"nın, "Qəbələ" "Sabah"ın qonağı olacaq
128490
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XXVIII tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Meydan sahibləri 20 xalla 9-cu pillədə qərarlaşıb. "Köhlən atlar" 71 xalla liderdir.

Tura Bakıda yekun vurulacaq. "Sabah" avrokuboklara iddialı "Qəbələ"ni qəbul edəcək. Paytaxt təmsilçisi 62 xalla 2-ci, qonaqlar 36 xalla 5-ci sıradadır.

Azərbaycan Premyer Liqası, XXVIII tur

2 aprel (bazar)

15:30. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı şəhər stadionu

18:00. “Sabah”– “Qəbələ”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Yavər Rəhimov

“Bank Respublika Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Turan Tovuz"u 3:2, "Kəpəz" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Zirə" - "Neftçi" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO