Nazir idmançılarla görüşdü - FOTO 

Nazir idmançılarla görüşdü - FOTO 

Hazırda oxunan: Nazir idmançılarla görüşdü - FOTO 

128449

Aprelin 1-də gənclər və idman naziri Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan görüşdə əvvəlcə ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.  

Nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün onları təbrik edib və yeni uğurlar arzulayıb.  

Tədbirdə boks, bədii gimnastika, idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, stolüstü tennis, paraatletika, cüdo, paracüdo, sərbəst güləş, yunan-Roma güləşi, güllə atıcılığı, qılıncoynatma, taekvondo, karate, sumo, paraüzgüçülük yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər.  

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər. 



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO