Böyük Dəbilqə: Azərbaycan cüdoçusu FİNALDA

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu FİNALDA

Hazırda oxunan: Böyük Dəbilqə: Azərbaycan cüdoçusu FİNALDA

128409

Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.

81 kq-dakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib.

73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO