
- A-
- A
- A+
Yüksək Liqada yarımfinalın cavab oyunları bu tarixdə olacaq
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək.
Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.
Yüksək Liqa (qadınlar)
Yarımfinal (2-ci oyun)
5 aprel
16:00. “Murov” – “Abşeron” (CBC sport-canlı)
18:00. UNEC – “Azərreyl”
Yüksək Liqa (kişilər)
Yarımfinal (2-ci oyun)
6 aprel
16:00. “Neftçi” – “Xarı bülbül”
18:00. MOİK – “Murov”
Yarımfinalda 1-ci oyunların nəticələri
Yüksək Liqa (qadınlar)
“Abşeron” – “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC 3:0 (25:07, 25:14, 25:17)
Yüksək Liqa (kişilər)
“Murov” – MOİK 3:0 (25:20, 25:18, 25:14)
“Xarı bülbül” – “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































