
- A-
- A
- A+
İdman
08:53 / 19.03.2023
1 dəq oxunma
Güləşçimiz erməniyə 10:0 qalib gəldi - Avropa çempionu oldu
Hazırda oxunan: Güləşçimiz erməniyə 10:0 qalib gəldi - Avropa çempionu oldu
126320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında daha bir Azərbaycan idmançısı qitənin ən güclüsü olub.
Bizim.Media xəbər verir ki, Dağıstan əsilli güləşçimiz Məhəmməd-Bəşir Xanıyev (70 kq) finalda Ermənistan idmançısı Hayk Papikyana 10:0 qalib gələrək qızıl medal qazanıb.
Rəşid Babazadə (65 kq) Fransanı təmsil edən Həmzət Arsamerzuyevlə görüşə zədə üzündən çıxa bilməyib və gümüş medalla kifayətlənib.
Səbuhi Əmiraslanov (79 kq) isə Ermənistan güləşçisi Narek Qriqoryana 4:1 qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərimizdən İslam İlyasov (97 kq) final görüşünə çıxacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































