Çempionlar Liqasında daha iki komanda 1/4 finala yüksəldi

Çempionlar Liqasında daha iki komanda 1/4 finala yüksəldi

Hazırda oxunan: Çempionlar Liqasında daha iki komanda 1/4 finala yüksəldi
125570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Mançester Siti" İngiltərədə Almaniya "Leyptsiq"ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan "şəhərlilər" evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.

Digər matçda isə İtaliya "İnter"i Portuqaliyada "Portu" ilə qolsuz heç-heçə etməklə adını növbəti mərhələyə yazdırıb. Milan təmsilçisi evdəki ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanmışdı.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart

00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya) - 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qırmızı vərəqə: Pepe, 90+7 ("Portu")
İlk oyun – 0:1

00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 7:0
Qollar: Erlinq Holann, 22 (penalti); 24; 45+2; 54; 57. İlkay Gündoğan, 49. Kevin de Brüyne, 90+2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" komandaları 1/4 finala adlayıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO