Bu gün Azərbaycan Premyer Liqasında tura yekun vurulacaq 

Bu gün Azərbaycan Premyer Liqasında tura yekun vurulacaq 

Hazırda oxunan: Bu gün Azərbaycan Premyer Liqasında tura yekun vurulacaq 
121312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt klubu 53 xalla 2-ci, bölgə təmsilçisi isə 23 xalla 6-cı pillədə qərarlaşıb.

İki komanda bunadək ölkə çempionatında cəmi iki dəfə üz-üzə gəlib. Hər iki matçda bakılılar qələbə qazanıb. Topların nisbəti 4:1-dir. Paytaxtdakı görüşdə hər iki komanda qol vurub.

Turun son oyunu “Zirə” və “Qarabağ” arasında olacaq. “Qartallar” 32 xalla 4-cü sırada yer alıb. “Köhlən atlar” isə 58 xalla turnir cədvəlinə başçılıq edir.

Klublar indiyə qədər Premyer Liqada 29 matçda qarşılaşıblar. Bunların 19-u Ağdam təmsilçisinin xeyrinə başa çatıb. “Zirə” indiyədək qalib gəlməyib. 10 görüşdə isə heç-heçə qeydə alınıb. “Qarabağ”ın 62 qoluna Bakı klubu 13 topla cavab verib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda son iki səfərdə böyükhesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

XXIII tur

19 fevral

16:30. “Sabah” - “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elman Musayev

"Bank Respublika Arena".

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” Gəncədə “Şamaxı”nı 3:2, “Qəbələ” evdə “Sumqayıt”ı 2:1, “Neftçi” isə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO