
- A-
- A
- A+
İdman
08:53 / 31.01.2023
1 dəq oxunma
Messinin sosial şəbəkə hesabı bloklandı: “Bir milyon mesajım var idi”
Hazırda oxunan: Messinin sosial şəbəkə hesabı bloklandı: “Bir milyon mesajım var idi”
117543
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Argentina millisinin kapitanı Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatını qazandıqdan sonra sosial media hesabının bloklandığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə L.Messi "Marca" qəzetinə açıqlamasında bildirib.
"Bir milyon mesajım var idi və nəticədə məni blokladılar. Elə mesajlar var idi ki, oxumağa belə vaxtım olmadı. Digər idmançılardan belə münasibət çox xoşdur. Fotolara cavab yazmağı, şərh yazmağı çox sevmirəm, bacardıqca bəyənmələr qoyuram", - deyə L.Messi bildirib.
Xatırladaq ki, ötən il dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa komandasına qalib gələrək dünya çempionu tituluna sahib olub.
Lionel Messi turnirin ən yaxşı oyunçusu seçilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































