Kamran Ağayev 705 gündən sonra qol buraxıb

Kamran Ağayev 705 gündən sonra qol buraxıb

Hazırda oxunan: Kamran Ağayev 705 gündən sonra qol buraxıb
11068
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev 705 gündən sonra qol buraxıb.

Bizim.Media xəbər verir ki, təcrübəli qolkiper Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyununda (1:2) qapısında qol görüb.

Onu görüşün 20-ci dəqiqəsində penalti ilə Rəhim Sadıqov məyus edib. 

 

MÖVZU İLƏ BAĞLI:

Millimizin Yunanıstanı darmadağın etdiyi həmin məqamlar – VİDEO


Xatırladaq ki, Kamran sonuncu dəfə 2019-cu il martın 3-də qol buraxıb. Həmin gün “Keşlə” öz meydanında “Qarabağ”a 0:1 hesabı ilə uduzub. Araz Abdullayevin 16-cı dəqiqədəki qolundan sonra 3 rəsmi matça çıxan Ağayev əvəzləndiyi “Neftçi” (0:1), 90 dəqiqə oynadığı “Sabah” (3:0) və “Səbail”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb. Qolkiper 705 gün qol buraxmadıqdan sonra üzülüb.

Kamran uzun fasilədən sonra bir matçda iki top buraxıb. O, sonuncu dəfə 2019-cu il fevralın 10-da eyni oyunda 2 dəfə üzüntü yaşayıb. 725 gündən sonra belə hal yaşayan futbolçunu sonuncu dəfə “Neftçi” məyus edib – 2:0.

Həmin gün Emin Mahmudov dubla imza atıb. Ardınca “Sumqayıt” (2:1), “Qəbələ” (0:0) və yuxarıda qeyd olunan 4 matçda qapıçı 1-dən çox top buraxmayıb.

Qeyd edək ki, “Sumqayıt”la ilk görüşdə (1:0) meydana qayıdan qapıçı 673 günlük fasilədən sonra rəsmi matça çıxıb. O, bundan əvvəl sonuncu dəfə 2019-cu il martın 30-da “Neftçi”yə qarşı görüşdə (0:1) şans qazanıb.(apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO