"O, Messiyə toxunsa, rinqə qayıtmalı olacağam" - Tayson 

Hazırda oxunan: "O, Messiyə toxunsa, rinqə qayıtmalı olacağam" - Tayson 

107188

Əfsanəvi boksçu Mayk Tayson peşəkar meksikalı boksçu, super orta çəkidə dünya çempionu Saul Alvaresin Argentina millisinin üzvü Lionel Messi barədə söylədiklərinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Tayson öz sosial şəbəkə hesablarında məlumat yayıb. 

DÇ-2022-də Argentina - Meksika matçından (2:0) sonra Messi rəqib futbolçulardan biri ilə formasını dəyişib.

Bundan sonra internetdə paltardəyişmə otağından Lionelin Meksika millisinin formasını yerə atması, sonra isə təsadüfən geri təpiklə vurması əks olunan video yayılıb. Bu vəziyyət Alvaresi qəzəbləndirib. O, Messinin Meksika millisinin forması və ölkə bayrağı ilə döşəməni sildiyini söyləyib və Messini təhdid edib.

Tayson isə sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib:

"Kanelo adlı birisi Lionel Messini hədələyib. O, Messiyə  toxunmağa cəsarət etsə, uzun illərdən sonra rinqə qayıtmalı olacağam”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO