Meksika millisinin baş məşqçisi: “Messi səhvləri bağışlamır”

Meksika millisinin baş məşqçisi: “Messi səhvləri bağışlamır”

Hazırda oxunan: Meksika millisinin baş məşqçisi: “Messi səhvləri bağışlamır”

106539

Meksika yığmasının baş məşqçisi Xerardo Martino DÇ-2022-nin qrup mərhələsində Argentinaya məğlubiyyətdən danışıb, rəqibin hücumçusu Lionel Messini ayrıca qeyd edib.

Bizim.Media  xəbər verir ki, bu barədə AS portalı məlumat yayıb.

"Nə qədər ki, imkan var, qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Biz də eyni şəkildə qol vurmalıyıq. Amma asan olmayacaq. Polşanın Səudiyyə Ərəbistanına vurduğu ikinci qol vəziyyəti daha da pisləşdirdi. İlk qolda detallarda səhvə yol verdik. Messi isə belə səhvləri belə bağışlamır. O, həlledici qola imza atdı", - deyə baş məşqçi bildirib.

Xatırladaq ki, ötən gün Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Argentina millisi ilə Meksika komandası qarşılaşıb. Oyun argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO