Boksçumuz dünya çempionatının dörddəbir finalına yüksəldi

Boksçumuz dünya çempionatının dörddəbir finalına yüksəldi

Hazırda oxunan: Boksçumuz dünya çempionatının dörddəbir finalına yüksəldi
105337
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya bildiriblər ki, mundialın beşinci günündə idmançımız Mehparə Məmmədova (48 kq) ikinci döyüşünə çıxıb.

On altıdabir final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxana 5:0 hesabı ilə qalib gəlib. Dörddəbir finalda boksçumuzun rəqibi qazaxıstanlı Gülnaz Buribayeva olacaq.
Digər idmançımız Sənan Hətəmov (67 kq) səkkizdəbir finalda Nurbek Mursalla (Qazaxıstan) uduzaraq mübarizədən kənarlaşıb.

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialın qalibləri noyabrın 25-də və 26-da müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO