ÜAK Çeboksarsarda keçirilən VI mədəniyyət forumunda iştirak etdi...

ÜAK Çeboksarsarda keçirilən VI mədəniyyət forumunda iştirak etdi...

Hazırda oxunan: ÜAK Çeboksarsarda keçirilən VI mədəniyyət forumunda iştirak etdi...

127851
Moderator.az xəbər verir ki, martın 18 - də Rusiyanın Çeboksar şəhərində milli azlıqlara dövlət dəstəyi mövzusunda VI mədəni forumun təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Rusiyanın federal və regional icra edici orqanlarının nümayəndələri, Rusiyada fəaliyyət göstərən milli-mədəni birliklərin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.xa0

Ümumrusiya Azərbaycanlıları Konqresinin Çuvaş Respublikası üzrə regional nümayəndəliyinin rəhbəri Əziz Bədirov forum iştirakçılarına təşkilatın fəaliyyəti barədə danışıb. O qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlıların birləşməsi istiqamətində məqsədyönlü və səmərəli fəaliyyət aparılır, Çuvaş Respublikasının yerli orqanları və ictimai qurumları ilə əməkdaşlıq münasibətləri qurulub.

"Son illər ərzində tərəfimizdən bir çox işlər görülüb: Konqresin nümayəndəliyi tərəfindən Çuvaş Respublikasında görkəmli azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılıb, heykəl ətrafı ərazi abadlaşdırılıb, uşaq meydançası qurulub, Abaşevo rayonunda taxta kupel tikilib. Hər il Kuqesi rayonunda yerləşən uşaq evinə yardım göstərilir"- deyə, Ə. Bədirov bildirib. Eyni zamanda yerli diaspor rəhbəri vurğulayıb ki, məhz Konqresin təşəbbüsü ilə respublikada Novruz bayramı qeyd olunmağa başlayıb. Bundan əlavə, o vurğulayıb ki, hər il Çuvaşıyanın Azərbaycan gəncləri Qələbə günündə müharibə veteranlarını təbrik edirlər. Bunlarla yanaşı Əziz Bədirov bildirib ki, Konqresin regional nümayəndəliyi Rusiyanın Çuvaş Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli ticarət-iqtisadi, sosial-mədəni əlaqələrin genişlənməsi istiqamətində işlər aparır, həmçinin Azərbaycan miqrantlarının respublikada adapdasiyasına köməklik göstərir. Çıxışının sonunda Əziz Bədirov Çuvaş Respublikasının rəhbəri Mixail İqnatyevə "Heydər Əliyev: v Rossii çast moey duşı" adlı kitabı Konqresdən xatirə olaraq hədiyyə edib.xa0
Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov tədbir təşkilatçılarına minnətdarlığını bildirib, forumun yüksək səviyyədə keçirildiyini qeyd edib. Həmçinin o bildirib ki, Rusiyanın Çuvaş respublikasında həm federal, həm regional səviyyədə milli proqramların həyata keçirilməsi üçün lazımı şərait yaradılıb. S. Məmmədov Rusiyada milli məsələnin Rusiya ictimaiyyətinin stabil inkişafı üçün əsas faktor olduğunu vurğulayıb. Həmçinin S.Məmmədov ümummilli lider Heydər Əliyevin 1986-ci ildə Çuvaş Respublikasına səfəri barədə forum iştirakçılarını məlumatlandırıb.xa0
Sonda S.Məmmədov Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidiumu adından Respublika rəhbərinə təşəkkür məktubu çatdırıb. xa0Rusiya Mədəniyyət Nazirliyinin turizm və regional siyasət departamentinin direktoru Olqa Yarilova forum iştirakçılarını salamlayaraq bildirib ki, Rusiyanın ayrı-ayrı regionlarından çoxsaylı nümayənədələrinin iştirakı - xa0milli diasporların mədəniyyəti və adət-ənənələrinin qorunması mövzusunun aktuallığının göstəricisidir. xa0Çuvaş Respublikasının rəhbəri Mixail İqnatyev çıxışında bildirib ki, ictimaiyyətdə sülh və əmin - amanlığın qorunması dövlət orqanlarının bu məsələyə diqqətlə yanaşmasını və ictimai qurumlar ilə birgə fəaliyyətini tələb edir. "Ayrı-ayrı millətlər arasında etibarlığın və qarşılıqlı hörmətin mövcudluğu - Rusiyanın hər bir regionun uğurlu inkişafının vacib şərtidir, çünki qabağa getmək yalnız sosial stabillik şəraitində mümkündür" - M.İqnatyev bildirib. xa0xa0
Rusiyanın Mariy El Respublikasının mədəniyyət, nəşriyyat və millətlər üzrə naziri Mixail Vasyutin qeyd edib ki, "Rusiyanın Privoljs federal dairəsinin regionlarında millətlərarası sülh və əmin - amanlıq çox zərif məsələdir, çünki dünyada çoxlu dəyişikliklər baş verir, xarici faktorlar öz rolunu oynayır. Bu səbəbdən ictimai xadimlər, eksperlər, elm və mədəniyyət xadimləri, icraçı orqanların nümayəndələri belə tədbirlərdə tez-tez yığışaraq təçrübə mübadiləsi və müzakirələr aparmalıdırlar". xa0 Həmçinin forumda milli azlıqların mədəniyyətlərinin qorunması, inkişafı və çoxalması mövzusuna həsr olunmuş dəyirmi masalar keçirilib. Tədbirdən sonra qonaqlar Çeboksar şəhərinin mərkəzində keçirilən Millətlər mətbəxi festivalında iştirak ediblər. Digər dünya millətlərin mətbəxi ilə yanaşı festivalda Azərbaycan mətbəxi də təqdim olunub. xa0 xa0
ÜAK Çeboksarsarda keçirilən VI mədəniyyət forumunda iştirak etdi... ÜAK Çeboksarsarda keçirilən VI mədəniyyət forumunda iştirak etdi... ÜAK Çeboksarsarda keçirilən VI mədəniyyət forumunda iştirak etdi...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO