Məlum olduğu kimi, bu il iyulun 3-də Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası istifadəyə verilib. Yeni bina paytaxtın Heydər Əliyev prospekti 167 ünvanında yerləşir.
Bankın Rəşid Behbudov küçəsində yerləşən köhnə binasının necə istifadə ediləcəyi isə məlum deyil. Ancaq şəhərdə xeyli diqqətçəkən bu binanın taleyinin necə olacağı böyük maraq kəsb edir.
Bəs sözügedən binada fəaliyyət hələ də davam edirmi? Gələcəkdə bina ilə bağlı hansı qərarın qəbul ediləcək?
Bizim.Media mövzuyla əlaqədar Mərkəzi Banka sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, bankın balansında olan binalarla bağlı qərar hələ verilməyib:
"Azərbaycan Respublikasının Mərkəzi Bankı 2026-cı ilin iyun ayının 22-dən etibarən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binada fəaliyyətini davam etdirir.
Mərkəzi Bankın yeni izibati binasına köçmə prosesi ilə əlaqədar texniki işlərin tam başa çatdırılmaması ilə əlaqədar olaraq balansda olan digər inzibati binalarla bağlı cari tarixə Mərkəzi Bank tərəfindən hər hansı qərar qəbul edilməyib".
Açıqlamada qeyd edilib ki, Mərkəzi Bankın razılığı olmadan əmlakın özgəninkiləşdirilməsinə yol verilmir:
"Diqqətinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Mərkəzi Bank müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malikdir. Mərkəzi Bank balansında olan əmlaka Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.
Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Mərkəzi Bank iqtisadi müstəqilliyə malik olmaqla aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir.
Qeyd olunanları nəzərə almaqla yanaşı bildiririk ki, Mərkəzi Bankın yuxarıda qeyd edilən yeni izibati binasına köçmə prosesi ilə əlaqədar texniki işlərin tam başa çatdırılmaması ilə əlaqədar olaraq balansda olan digər inzibati binalarla bağlı cari tarixə Mərkəzi Bank tərəfindən hər hansı qərar qəbul edilməyib”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:20 / 12.08.2026
Mərkəzi Bankın köhnə binasının aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Mərkəzi Bankın köhnə binasının aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Mərkəzi Bankın köhnə binasının aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA
630726
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































