“Qara polkovnik“in oğlunu “Bandotdel“dən apardılar

“Qara polkovnik“in oğlunu “Bandotdel“dən apardılar

Hazırda oxunan: “Qara polkovnik“in oğlunu “Bandotdel“dən apardılar

79237

Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb

Moderator.az bildirir ki, bu barədə virtualaz.org-a vəkil Kamandar Nəsibov məlumat verib. O,  yaxın günlərdə A.Hüseynovla görüşəcək.

Xatırladaq ki, A. Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirləndirilən A.Hüseynovun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Adil Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülən, daha çox “qara polkovnik”x9d adı ilə tanınan Fətulla Hüseynovun oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO