Barak Obamanın adaşı onun adından istifadə etdi - Prezidentlik yarışına qoşulur - VİDEO

Barak Obamanın adaşı onun adından istifadə etdi - Prezidentlik yarışına qoşulur - VİDEO

Hazırda oxunan: Barak Obamanın adaşı onun adından istifadə etdi - Prezidentlik yarışına qoşulur - VİDEO

619219

Kaliforniya qubernatorluğu uğrunda mübarizədə uğursuzluqla üzləşən və ABŞ-ın 44-cü prezidenti ilə eyni adı daşıyan az tanınan demokrat namizəd Barak Obama Şou (Barack Obama Shaw) gözlənilməz addım atıb. O, rəsmən 2028-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək üçün ərizə təqdim edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onun Kaliforniya qubernatoru postu üçün keçirilən ilkin seçki (praymeriz) kampaniyası məhz adı ilə diqqət çəkib.

Seçicilər zarafat hesab edirdi

Bülletendəki 61 namizəddən biri olan və əsl adı Sesil Şou (Cecil Shaw) olan bu şəxs təxminən 10 il əvvəl Barak Obamaya olan heyranlığına görə adını rəsmən dəyişdirib. Lakin onun bu addımı Kaliforniya seçiciləri tərəfindən ciddi qəbul edilməyib və bir çoxları bunu sadəcə bir zarafat və ya diqqət çəkmək üsulu kimi qiymətləndiriblər. Elə bu səbəbdən də o, ilkin seçkilərdə məğlub olaraq yarışı tərk etməli olub.

Əvvəlki siyasi cəhdləri də uğursuz olub
 

Bu, Şounun ilk siyasi uğursuzluğu deyil. O, bundan əvvəl San-Fransisko körfəzi yaxınlığında yerləşən Alameda şəhərinin meri vəzifəsinə də namizədliyini irəli sürmüşdü. Həmin seçkilərdə isə o, cəmi 16 522 səs (ümumi səslərin 0.2%-ni) qazanaraq məğlubiyətə uğramışdı.


Qubernatorluq yarışından kənarda qalan digər rəqiblərinin öz məğlubiyyətlərini qəbul etdiyi bir vaxtda, Barak Obama Şounun birbaşa Ağ Evə iddia etməsi ABŞ mediasında növbəti maraqlı gündəm mövzusuna çevrilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO