Pərviz Həşimlinin atasının Eldar Mahmudova şok müraciəti Moderator.az-da

Pərviz Həşimlinin atasının Eldar Mahmudova şok müraciəti Moderator.az-da

Hazırda oxunan: Pərviz Həşimlinin atasının Eldar Mahmudova şok müraciəti Moderator.az-da

35038

Qondarma ittihamlarla həbs edilən, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin atası Kamran Həşimov milli təhlükəsizlik naziri, general Eldar Mahmudova müraciət edib. Müraciətin tam mətnini Moderator.az izləyicilərinin diqqətinə çatdırır:

 "Hörmətli general!

Mən sizin bioqrafiyanızla tanış oldum. Siz böyük bir ziyalı ailəsinin övladısınız. Qibtəediləcək nümunəvi, ləyaqətli həyat yolunuza, Sizdə olan bütün insani keyfiyyətlərə görə əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Sizə müraciət etməyimin bir məqsədi var. Sizin rəhbərlik etdiyiniz qurum dövləti həm xaricdən, həm də daxildən sarsıda biləcək təhlükələrin əvvəlcədən qarşısını almalıdır. Bu, birbaşa rəhbərlik etdiyiniz qurumun vəzifəsidir. Belə ki, nə Azərbaycan Respublikasının Konstitusiyası, nə də ki, müvafiq hüquqi normativ aktlar imkan vermir ki, şəxsi münasibətlər zəminində kimsə kimdən öz qisasın alsın. Bu cür işlər dövlətçiliyə xidmət etmir və insaniyyətə sığışmayan bir əməldir. Bu gün ölkədə demokratik, hüquqi, sivil cəmiyyətin qurulmasından və onun inkişafından söhbət gedirsə, dövlətin onurğa sütunu sayılan MTN-də şəxsi zəmində, kimlərinsə toqquşan maraqları ucbatından mənim oğlumu bir alətə çevirmək istəyirlər. Mənim övladım gənc, həm də fəal  bir jurnalistdir. Milli Məclisin deputatları, bəzi nazirlər və məmurlar müəyyən qədər onun fəaliyyəti ilə tanışdırlar. Mən özüm 20 ildir ki, YAP-ın üzvüyəm, ali təhsilli metodist müəlliməm. 40 illik pedaqoji fəaliyyətim dövründə təhsil nazirliyi tərəfindən dəfələrlə təltiflərə layiq görülmüşəm. İlin müəllimi və qabaqcıl təhsil işçisiyəm. Bunları yazmaqda məqsədim var. Cəmiyyətə və Sizə çatdırmaq istəyirəm ki, əmin ola bilərsiniz: Mənim oğlum Pərviz jurnalistdir, ”Terror”çu deyil. Oğlumu işlədiyi ofisdən sizin əməkdaşlarınız çağırtdırıb aparan zaman ona zor tətbiq edilib, məcburən “Wolsfagen”  markalı maşına otuzdurulub. Maşında olan silah-sursatın İrandan ona göndərildiyi bildirilib. Pərviz Həşimli bir dəfədə olsun ki, İran İslam Respublikasında olmayıb. Sizin sənədlərdə adlarını çəkdiyiniz İran vətəndaşlarını şəxsən tanımır, heç bir görüşü və telefon söhbətləri də olmayıb.

 

MTN-nin işə qoşmuş olduğu Qurbanov Təvəkkül Zəkəriyyə oğlunun həyat yoldaşı Nərgiz Qurbanova hal-hazırda MTN-nin Gəncə şəhər şöbəsinin əməkdaşı Elşən adlı şəxsə məxsus olan “İmperial” şadlıq sarayında mühasib işləyir. Elşən adlı şəxs Təvəkkül Qurbanovu həyat yoldaşı Nərgizin vasitəsi ilə ələ alıb və bildirib ki, ərinin fəaliyyəti pulunu alıb xidmət etməkdən ibarət olacaq və sonda heç bir məsuliyyəti olmayacaq. Bu hadisədən bir müddət əvvəl Sizin rəhbərlik etdiyiniz quruma xidmət edən portalların birində Pərviz Həşimliyə kiminsə pul verməsindən yazılıb. Pərviz zəng edərək həmin yazının müəllifi olan jurnalistə narazılığını bildirib. Aradan bir neçə dəqiqə keçdikdən sonra MTN-nin polkovniki (adını açıqlamıram) Pərvizə zəng edərək ona hədə-qorxu gəlib, yerindəcə onu həbs etdirəcəyini bildirib. Pərviz də MTN əməkdaşları tərəfindən xeyli müddət izləndiyini bizə, ailəsinə bildirib. Ailəsi və uşağı qorxu keçirdiyi üçün o, yaşadığı evin həyətinə və divarlarına müşahidə kameraları yerləşdirib. 17.09.2013-cü il tarixdə Pərviz saxlanılarkən evə soxulan olan 15-20 nəfər əməliyyatçılar dərhal kameraları sındırıblar, həyatyanı tikiliyə silah-sursat yerləşdiriblər, pəncərənin dəmir cağlarını sındıraraq evə daxil olublar və həmin anda da 5 yaşlı körpənin oyuncaqlarının içərisinə selofan örtüyə bükülmüş “Makarov” tipli tapançanı yerləşdiriblər. Mənzilə hücumu görən xanımı Pərvizə zəng vurub, həyat yoldaşının telefonu söndürüldüyünə görə DİN-in “102” xidmətinə və qohum-əqrabaya zəng edib, evə basqın edildiyini bildirib. Əməliyyat zamanı oğlumun həyat yoldaşı və 5 yaşlı körpəsi hamama sığınmaq istəyiblər. Bu zaman əli silahlılar tərəfindən qarşıları kəsilib. Körpə ağlayaraq yalvarıb ki, nə olar bizi öldürməyin. Sonra evə girənlərdən biri xidməti vəsiqəsini göstərərək MTN əməkdaşları olduqlarını və evdə axtarış aparacaqlarını deyib. Axtarış zamanı özlərinin əvvəlcədən yerləşdirdikləri silah-sursatı götürərək akt tərtib ediblər. Akta ev sahibi imza da atmayıb. Heç bir qonşunun və onlara aid olan hal şahidinin olmadığını əsas gətirərək tərtib olunan aktı imzalamaqdan imtina edib. Bizim qənaətimizcə, Pərviz Həşimlinin həbsinin məqsədi ondan ibarətdir ki, mənafelərinizin toqquşduğu, vaxtı ilə dövlət qulluğunda işləmiş, hal-hazırda da dövlət qulluğunda çalışan bir sıra insanlar Pərvizin vasitəsi ilə hörmətli prezidentin gözündən salınaraq ləkələnsinlər. Guya bu şəxslərdən Pərviz vasitəsi ilə müxalifətə və onun nümayəndəsi olan Əli Kərimliyə dəfələrlə pul transfer edilib. Əgər belə hal mümkün idisə nə üçün MTN əməkdaşları Pərvizi əvvəlcədən nəzarətə götürməyib və onu pul apararkən yaxalamayıblar? Hansı ki, bu cür əməliyyatlar MTN üçün çətin bir iş deyil. İstəyirəm biləsiniz ki, oğluma haqsız yerə  heç kimin üzərinə böhtan ata bilməz. Mənim açıqlayacağım mühüm işlər də var ki, möhtərəm Prezidentin qəbuluna düşərəmsə hər bir işə aydınlıq gətirməyə qabiliyyətim çatır.

Hörmətlə Kamran Həşimov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO