Ermənilər bunu etsə, Azərbaycan hücuma keçəcək...

Ermənilər bunu etsə, Azərbaycan hücuma keçəcək...

Hazırda oxunan: Ermənilər bunu etsə, Azərbaycan hücuma keçəcək...
135008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ermənistan hakimiyyətinin Qarabağın separatçı rejiminin müstəqilliyini tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq.
xa0
Moderator.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi Ermənistan siyasi rəhbərliyinin bu vaxta qədər “Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı”x9d sənədi səsverməyə çıxarmamasının səbəblərini açıb:
xa0
“Ermənistan hakimiyyəti anlayır ki, “Dağlıq Qarabağ”x9dın müstəqilliyini tanıyarsa, bu, Azərbaycanla danışıqların dayandırılması demək olacaq. Bu isə müharibəyə aparan yoldur. Ermənistan nəinki beynəlxalq aləmin, Rusiyanın dəstəyini də itirəcək. Azərbaycan isə BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən onun ərazi bütövlüyünə səs verəcək”x9d.
xa0
Politoloqun sözlərinə görə, Ermənistanda bəziləri düşünür ki, İrəvan Qarabağın separatçı rejiminin müstəqilliyini tanıyarsa, başqa dövlətlər, o cümlədən, Rusiya da prosesə qoşula bilər:
xa0
“Rusiya Abxaziya və Cənubi Osetiyanı “tanınması”x9d məsələsində uğur qazanmadı, Ermənistanın “Dağlıq Qarabağ”x9dın müstəqilliyini beynəlxalq aləmə tanıtdırması mümkün deyil. Bu siyasət Ermənistana problemlər yaradacaq. Çünki bu məsələ Azərbaycan Ordusunun hücuma keçməsi üçün şərait yaradacaq”x9d.
xa0
E.Şahinoğlu bildirib ki, 2-5 aprel döyüşləri Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı 3 diametral yanaşma formalaşdırıb:
xa0
“Birincisi, Ermənistan “Dağlıq Qarabağ”x9dın müstəqilliyini tanımalı və müharibəyə hazırlaşmalıdır. İkincisi, Ermənistan özünü və “Dağlıq Qarabağ”x9dın təhlükəsizliyini qorumaq üçün işğal altındakı 5 rayonun boşaldılmasına razılıq verməlidir. Üçüncüsü, “Dağlıq Qarabağ”x9d Ermənistan üçün böyük siyasi və iqtisadi yükdür. Azərbaycanla daimi müharibə vəziyyətində olmaq Dağlıq Qarabağla yanaşı, Ermənistanın da bir dövlət olaraq zəifləməsinə gətirib çıxaracaq”x9d.
xa0
Xatırladaq ki, Ermənistan parlamenti mayın 5-də Qarabağın separatçı rejiminin "müstəqilliyinin" tanınması haqda qanun layihəsini müzakirə edəcək.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO