Əvvəl gözlədirlər, sonra pul istəyirlər: Yeni qazanc üsulu

Əvvəl gözlədirlər, sonra pul istəyirlər: Yeni qazanc üsulu

Hazırda oxunan: Əvvəl gözlədirlər, sonra pul istəyirlər: Yeni qazanc üsulu
646145
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biznes sürətdən pul qazana bilər, amma insanın normal xidmət almaq hüququ kommersiya fürsətinə çevrilməməlidir”.

Bizim.Media xəbər verir ki, “Yeni Sabah”a açıqlama verən iqtisadçı Bella Bəşirova müasir dövrdə xidmət sektorunda formalaşan yeni kommersiya modelləri və onların doğurduğu sosial-iqtisadi problemlərdən danışıb.

İqtisadçının sözlərinə görə, bütün şirkətlərin müştəriləri bilərəkdən gözlətdiyini iddia etmək düzgün olmaz:

“Bəzən növbələr kadr çatışmazlığı, xidmət gücünün məhdudluğu və ya gözlənilməz yüksək tələbatla əlaqədar yaranır. Lakin müasir biznesdə elə bir model formalaşıb ki, standart xidmətlə yanaşı, daha sürətli xidmət də ayrıca məhsul kimi təqdim olunur. Məsələn, hava limanlarında növbəsiz keçid üçün əlavə ödəniş, kuryer xidmətlərində təcili çatdırılma haqqı, banklarda premium müştərilər üçün növbəsiz xidmət, elektron ticarətdə sürətli çatdırılma, eləcə də dövlət və özəl qurumlarda ekspress xidmət tarifləri buna əyani sübutdur. Burada əsas məqam odur ki, eyni xidmət müxtəlif vaxt intervallarında fərqli qiymətlə satılır”.

Şirkətlərin müştərinin vaxtına hörmət etməli olduğunu vurğulayan ekspert qeyd edib:

“Süni şəkildə gözləmə yaratmaq və sonra həmin gözləmədən xilas olmaq üçün pul tələb etmək etik baxımdan ciddi suallar doğurur. Müştəri sürətə görə əlavə pul ödəyə bilər, amma normal xidmət almaq üçün saatlarla gözləməyə məcbur edilməməlidir”.

Müsahibədə işlənən “sürət vergisi” ifadəsinin hüquqi vergi deyil, iqtisadi və sosial mənada əlavə xərc olduğunu bildirən B. Bəşirova qeyd edib ki, artıq şirkətlər yalnız məhsulun satışından deyil, xidmətin sürətindən, rahatlığından və prioritetliyindən də gəlir əldə edirlər. İqtisadi baxımdan bu, gəlirlərin şaxələndirilməsidir.

“Məsələn, çatdırılma şirkəti eyni məhsulu standart çatdırılma ilə bir qiymətə, bir neçə saat ərzində çatdırılma ilə daha yüksək qiymətə, prioritet sifariş kimi isə maksimum tariflə təqdim edə bilir. Lakin bu modelin böyük bir təhlükəsi var: sürətli xidmət lüksə çevrilərsə, standart xidmətin keyfiyyəti arxa plana keçə bilər. Biznesin gəlirliliyi insanların vaxt qıtlığından maksimum istifadə etməyə deyil, onların həyatını asanlaşdırmağa əsaslanmalıdır”.

Ekspert bu tendensiyanın mövzunun ən kəskin sosial-iqtisadi tərəfi olduğunu vurğulayıb:

“Burada artıq yalnız gəlir bərabərsizliyindən deyil, zaman bərabərsizliyindən də danışmaq lazımdır. İki nəfər eyni xidmətə müraciət edir; birinin əlavə ödəniş etmək imkanı var və növbəsiz xidmət alır, digəri isə maddi imkanına görə standart növbədə gözləməli olur. Pul təkcə daha yaxşı məhsul almaq imkanı yaratmır, həm də insanın vaxtına qənaət etmək imkanını müəyyən edir.

Aztəminatlı insanlar üçün vaxt itkisinin daha ağır nəticələr doğurduğunu deyən iqtisadçı qeyd edib ki, gündəlik qazanc hesabına yaşayan bir insanın dövlət qurumunda və ya bankda yarım gün növbədə qalması onun üçün ciddi iqtisadi itkidir. Əgər imkanlı insan pul ödəyərək vaxt qazanırsa, aztəminatlı insan puluna qənaət etmək üçün vaxtını itirməyə məcbur olur. Xüsusilə səhiyyə, təhsil, dövlət xidmətləri və digər həyati əhəmiyyətli sahələrdə insanların keyfiyyətli və vaxtında xidmət almaq hüququ yalnız ödəmə qabiliyyətindən asılı olmamalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO