
- A-
- A
- A+
Pensiya artımları ilə bağlı daha bir açıqlama
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərclərinin 8,9 milyard manata yaxın hissəsi əhaliyə ödənişlərə yönəldiləcək.
Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, növbəti il Dövlət Sosial Müdafiə Fondunun ümumi xərcləri 9,2 milyard manat proqnozlaşdırılır.
V.Gülməmmədovun sözlərinə görə, əhaliyə ödənişlərin böyük hissəsini əmək pensiyaları təşkil edir:
"Son illərdə pensiyaların ödənilməsi ilə bağlı xərclərin artması pensiyaçıların sayının demək olar ki, sabit qalması fonunda baş verir. Bu artım əsasən pensiyaların indeksləşdirilməsi və sosial müdafiənin gücləndirilməsi istiqamətində həyata keçirilən digər tədbirlərlə bağlıdır".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































