
- A-
- A
- A+
Ukraynaya qarşı çıxan 6 konqresmen ABŞ-da seçkiləri uduzdu
ABŞ-da keçirilən aralıq seçkilərdə Ukraynaya yardımın əleyhinə çıxış edən altı konqresmen məğlub olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Kyiv Post” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, siyasətçilərin məğlubiyyətinin əsas səbəbi beynəlxalq siyasət, o cümlədən Ukraynaya münasibət deyil, ABŞ-dakı ağır iqtisadi vəziyyət və yüksək qiymətlər olub.
Seçkilərdə məğlub olanlar arasında Kiyevə dəstəyin ən qatı əleyhdarlarından biri olan ukraynalı əsilli Viktoriya Spartts da var.
İki il əvvəl İndiana ştatında seçkiləri 18,5 faiz səs fərqi ilə inamlı şəkildə qazanan Spartts bu dəfə 52-48 hesabı ilə rəqibinə uduzub. Siyasətçi məğlubiyyətini etiraf etsə də, bunun demokratların onun siyasətinə və ümumilikdə respublikaçıların siyasətinə qarşı ədalətsiz münasibətindən qaynaqlandığını bildirib.
Ukraynaya yardımı tənqid edən daha üç respublikaçı Viskonsin və Pensilvaniya ştatlarında seçkiləri uduzub.
Onlardan biri 2022-ci ildə Kiyevi qətiyyətlə dəstəkləyən, lakin bir il sonra mövqeyini dəyişən Derrik Van Ordendir. Onun rəqibi Rebekka Kuk, xüsusilə Ukraynaya dəstəyin artırılması və Rusiyaya təzyiqin gücləndirilməsi çağırışları sayəsində qələbə qazanıb.
Viskonsin ştatında isə Ukraynaya dəstəyin açıq əleyhdarı olan Brayan Steyl son 30 ildə öz seçki dairəsində məğlub olan ilk respublikaçı olub.
Pensilvaniyada daha bir məğlubiyyəti ABŞ-ın Ukraynaya yardımının ardıcıl əleyhdarı və Nümayəndələr Palatasında “Azadlıq” fraksiyasının keçmiş sədri Skott Perri yaşayıb.
Bununla yanaşı, nəşr yazır ki, Ukraynaya dəstəyə qarşı ardıcıl səs verən respublikaçı konqresmen Pol Qosar Arizonada keçirilən seçkilərdən sonra vəzifəsini yenidən əldə edib.
Lakin seçki kampaniyası zamanı Ukrayna onun əsas müzakirə mövzusu olmayıb. Qosar bu məsələyə yalnız ABŞ-ın İsrail istisna olmaqla, xaricdəki öhdəliklərini tənqid edərkən toxunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































