
- A-
- A
- A+
Tramp Putin və Si Cinpini Ağ Evə dəvət edib?
ABŞ prezidenti Donald Tramp noyabrın 4-də bildirib ki, Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpin Ağ Evin ərazisində tikilməkdə olan yeni bal zalına dəvət ediləcək qonaqlar arasında yer alacaq.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Trampın sözlərinə görə, yeni zal konstruksiya baxımından indiyədək tikilmiş ən möhkəm binalardan biri olacaq. O, prezidentin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi layihələndirilib.
ABŞ lideri bildirib ki, 2-2,5 min nəfərin iştirak edəcəyi ziyafətə Çin, Rusiya və digər ölkələrin liderləri qatılacaq.
Tramp əlavə edib ki, layihənin hazırlanması zamanı gücləndirilmiş qoruyucu konstruksiyalara və yan divarlardakı zirehli şüşələrə xüsusi diqqət yetirilib. Bu elementlər şəffaflığı qorumaqla yanaşı, yüksək təhlükəsizlik səviyyəsini təmin edəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































