Nigar Fərhadın əri yenidən həbs olundu

Nigar Fərhadın əri yenidən həbs olundu

Hazırda oxunan: Nigar Fərhadın əri yenidən həbs olundu
646156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan rəhbəri Samir Yəhyazadə ev dustaqlığına buraxılsa da, yenidən həbs edilib.

Bizim.Media xəbər verir ki, ev dustaqlığına buraxılma ilə bağlı qərarı Binəqədi Rayon Məhkəməsi verib.

Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə məhkəmə zalında qandallanıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2, 178.2.1, 178.2.2, 178.2.4 (külli miqdarda dələduzluq) və 318-1.1 və 320-1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı "AİD Group" xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqust ayında saxlanılıb, daha sonra polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO