Oğul anasının üstünə benzin töküb yandırdı - Abşeronda dəhşət qətl

Oğul anasının üstünə benzin töküb yandırdı - Abşeronda dəhşət qətl

Hazırda oxunan: Oğul anasının üstünə benzin töküb yandırdı - Abşeronda dəhşət qətl
646198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar.

Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub. Mübahisə adətən dini məsələlərlə bağlı olub.

Belə ki, Abdurrəhmanın atası dindar olub və ailə üzvlərini şəriət qaydalarına uyğun hərəkət etməyə çağırıb. Lakin ailədə ana və iki qızı onun tətbiq etdiyi qaydalara riayət etməyib. Bu məsələ də ailədə mütəmadi söhbətlərə gətirib çıxarıb.

Abdurrəhman isə mübahisə zamanı atasının tərəfini tutub, anasını və bacılarını səhv yolda olmaqda günahlandırıb. Nəticədə mübahisə böyüyüb və qadın ərindən evin satılaraq iki yerə bölünməsini istəyib. Abdurrəhman və atası isə evin satılması təklifini rədd ediblər.

Qadın və iki qızı evi bölmək üçün təkid edən vaxt əsəbiləşən Abdurrəhman bir qab benzini götürərək evə töküb yandırmaq istəyib. Hadisə zamanı o, evlə birlikdə anasının da üstünə benzin tökərək ona od vurub. Qadının yandığını görən ailə üzvləri onu xilas etmək istəsələr də, alınmayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Həsənli saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmüilə Abdurrəhman 17 il 6 ay azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO