Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto

Hazırda oxunan: Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto
646193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən mərasimi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq tədbir iştirakçılarını salamlayıb, muzeydə yaradılan yeni ekspozisiya və Zəfər zalı barədə məlumat verib.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, altı il əvvəl biz 44 gün həyacan və narahatçılıq yaşadıq və nəticədə şanlı Qələbə əldə olundu. Son 200 ildə ilk dəfə xalqımız işğal olunan torpaqlarını geri qaytarmağa nail oldu. Bu illər ərzində düşmən həmin düşmən, xalq elə həmin xalq idi. Lakin bu dəfə qazanılan Şanlı Qələbəmizin təməlində Prezident İlham Əliyevin şəxsiyyət faktoru, onun dahi intellekti və siyasəti durur.

Mərasimdə Mədəniyyət naziri Adil Kərimli öz çıxışında qeyd edib ki: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsidir. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk.

Tədbirdə qeyd edilib ki, ekspozisiyada tarixi materiallarla yanaşı, müasir texnoloji və interaktiv həllər də təqdim olunub. Burada kiçik yaşlı ziyarətçilər üçün simulyasiya oyunu, müasir informasiya tabloları, həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, Böyük Qayıdış prosesini əks etdirən immersiv zal yaradılıb.

Ekspozisiyanın əsas məzmunu Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyünün bərpasının və müharibədən sonrakı quruculuq prosesinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi və həyata keçirdiyi strategiya sayəsində reallaşdığını nümayiş etdirməkdir. Müasir texnologiyalar vasitəsilə bu tarixi proseslər ziyarətçilərə daha əyani və interaktiv şəkildə təqdim olunur.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, şəhid anası Məleykə Məcidova və Vətən müharibəsi qazisi Famil Məlikov çıxışlarında müharibənin tarixi əhəmiyyətindən, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edilib. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlə davam edir.

Tədbirin sonunda Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə baş verən mühüm tarixi hadisələrə həsr edilmiş “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ingilis və rus dillərində nəşrləri təqdim olunub.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 1
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 2
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 3
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 4
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 5
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 6
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 7
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 8
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 9
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 10
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 11
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 12
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - Foto - foto 13

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO