Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib

Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib

Hazırda oxunan: Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
646161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Şöhrət Məmmədov Azərbaycandan getməsi ilə bağlı yayılan iddialardan danışıb.

Bizim.Media xəbər verir ki, o, şəxsi instaqram hesabında paylaşım edərək Niderlanda köçməsinin səbəbini açıqlayıb.

İfaçı qeyd edib ki, həyat yoldaşı niderlandlıdır. Bu səbəbdən də o, Niderlandda yaşamağa qərar verib.

Şöhrət Məmmədov ölkəsini tərk etməsinin qaçmaq və ya incikliklə əlaqələndirilməsini də təkzib edib:

"Nə qaçmışam, nə də küsmüşəm. Hər şey mükəmməldir. Hər şey qaydasındadır. Qısacası, bildirim ki, mən qaçmamışam. Bu, mənim haqqımdır. Arada darıxanda öz evimə, öz kəndimə gələcəm. Mənim orada böyük ailəm var. Toylarınızda yanınızda olacağam".

Xatırladaq ki, Şöhrət Məmmədov 2024-cü ilin oktyabr ayının sonlarında ailə həyatı qurub. O, efirdə həyat yoldaşının Türkiyə vətəndaşı olduğunu açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO