İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir

İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir

Hazırda oxunan: İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir
646138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda "İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək.

Bizim.Media xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Qanun layihəsinə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilərlərdə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.

Sənəddə qeyd edilib ki, rəsmi diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.

Hazırda rəsmi dilerlərdə tətbiq olunan şirkətdaxili siyasətə uyğun olaraq bu cür avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin diler tərəfindən yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV satışın tam dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız dilerin əldə etdiyi ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətina vergi yükünün düşməsinə səbəb olur.

Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün daha ağır vergi yükü yaradır, ikinci əl avtomobil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.

Qeyd olunanları nəzərə alaraq, istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl avtomobillərin rəsmi diler şəbəkələri tərəfindən alqı-satqısı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur. Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO