Nazirdən işsiz şəxslərlə bağlı ŞAD xəbər

Nazirdən işsiz şəxslərlə bağlı ŞAD xəbər

Hazırda oxunan: Nazirdən işsiz şəxslərlə bağlı ŞAD xəbər
646134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri 268,9 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8% çoxdur.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, işsizlikdən sığorta fondunun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır:

"2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 2027-ci il üçün sığorta haqları üzrə daxilolma 30,6 milyon manat və ya 12,9% çox proqnoz edilib. Sığorta haqları üzrə yığımın 77,7%-i qeyri-büdcə sektorunun payına düşəcək. Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 50,3 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur".

Nazir gələn il Fondun xərclərinin proqnozlarını da qeyd edib:

"Xərclərin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur".

Nazir fondun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacağını vurğulayıb:

"173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.  Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır. 2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir, o cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36,0 milyon manat vəsait nəzərdə tutulur".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO